Millimiz Gürcüstana qalib gəldi

11:09 - 20 Noyabr 2017

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş təlim-məşq toplanışında ikinci matçda qüvvəsini sınayıb.

 

Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub.

 

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.  

Xəbər xətti