Röyal Nəcəfovun komandası səfərdə xal itirdi

11:35 - 20 Noyabr 2017

Türkiyə BAL Liqasında 9-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Malatya Yeşilyurtspor" səfərdə "Pertekspor"un qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
 
Röyal Nəcəfov matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
 

Qeyd edək ki, 9 turdan sonra rəqiblərindən 1 oyun az keçirən "Malatya Yeşilyurtspor" 14 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti