UEFA klublarımıza maliyyə vəsaiti ayırdı

13:40 - 20 Noyabr 2017

2016/17-ci il  mövsümünü əhatə edən  UEFA-nın “Həmrəylik ödəmələri və  uşaq futbolunun inkişafı” proqramı çərçivəsində  həmin mövsümə Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan vəsait ayrılıb.

 

Sportal.az xəbər verir ki, həmin maliyyə  vəsaiti AFFA-nın vasitəçiliyi ilə aşağıdakı cədvələ uyğun olaraq köçürülüb:

 

UŞAQ FUTBOLU İLƏ BAĞLI AYRILMIŞ VƏSAİT

Zirə                           71 053.33
Keşlə ( sabiq İnter )  71 053.33
Sumqayıt                  71 053.33
AZAL                        71 053.33
Neftçi                        71 053.33
Kəpəz                       71 053.33

 

Qeyd: “Kəpəz” və “Keşlə ” (sabiq İnter)  klubları üçün nəzərdə tutulmuş vəsait  klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.

Xəbər xətti