Serxio Ramos maska taxacaq

14:17 - 20 Noyabr 2017

“Real”ın kapitanı Serxio Ramos sabah APOEL-lə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək matçda meydana çıxacaq.

 

Sportal.az xəbər verir ki, La Liqada “Atletiko” ilə oyunda burnundan zədələnən oyunçu əməliyyata ehtiyac duymayıb.

 

O, ölkə çempionatında “Malaqa” və “Atletik”lə görüşdə də iştirak edə biləcək. Ramos sözügedən qarşılaşmalarda qoruyucu maska ilə meydana çıxacaq.

 

Qeyd edək ki, “Atletiko” ilə qolsuz bərabərə qalan “Real” La Liqada 24 xalla 3-cü pillədədi. Onlar lider “Barselona”dan 10 xal geri qalırlar.

Xəbər xətti