"Qarabağ" - "Çelsi" matçının hakimləri müəyyənləşdi

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, matçı portuqaliyalı hakimlər briqadası idarə edəcək.
 
Görüşün baş hakimi Manuel De Souza olacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Fabio Verissimo və Luis Migel Branko Qodinyo isə əlavə hakim köməkçiləri funksiyasını yerinə yetirəcək.
 

Qeyd edək ki, noyabrın 22-də Olimpiya stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da başlayacaq.

Tarix: 20 Noyabr [14:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2017
16  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio