Millimiz Albaniyanı məğlub etdi

16:09 - 20 Noyabr 2017

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - “Mercedes Benz” Egey kubokunda bu gün ilk oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, Albaniya komandası ilə qarşılaşan yığmamız Bəxtiyar Tanriverdiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

 

Futbolçularımız turnirdə növbəti oyununu noyabrın 21-də Kosovo komandasına qarşı keçirəcək.

Xəbər xətti