"Qarabağ" - "Çelsi: Mətbuat konfranslarının vaxtı açıqlandı

Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Çelsi" (İngiltərə) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, noyabrın 21-də baş Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov saat 13:30-da Bakı Olimpiya Stadionunda media mənsublarının önünə çıxacaq.


"Qarabağ"ın son məşqi isə saat 17:40-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Çelsi"nin baş məşqçisi Antonio Konte isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İngiltərə təmsilçisinin son məşqi isə saat 15:00-da "Bakcell Arena"da baş tutacaq.


QEYD: "Çelsi"nin mətbuat konfransında iştirak etmək istəyən media mənsubları üçün "Azərsun Arena"dan Bakı Olimpiya Stadionuna xüsusi avtobus ayrılacaqdır.

Tarix: 20 Noyabr [17:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio