İnfantino: "Azərbaycanla birgə layihələr üzərində düşünürdük"

01:27 - 21 Noyabr 2017

“Azərbaycan, sözün əsl mənasında, futbol ölkəsidir. Mən hələ FIFA prezidenti olmamışdan öncə UEFA-da çalışdığım dövrdə biz AFFA ilə birgə əməkdaşlıq etmişik. Biz hələ o zaman irəliyə baxaraq Azərbaycanla birgə layihələr üzərində düşünürdük. Mən və baş katib Fatma Samoura Azərbaycanda ümumilikdə futbolun və futbol hərəkatının inkişafının şahidiyik. Siz artıq 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsini Bakıda təşkil etmisiniz”.

 

Sportal.az xəbər verir ki, bu sözləri FİFA prezidenti Cianni İnfantino deyib. O, Bakının “Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd etdi. O bildirdi ki, ölkəmizdə futbol infrastrukturunun yaradılmasına və uşaq futboluna böyük önəm verilməsi Azərbaycanda futbolun inkişafına gətirib çıxarıb. Canni İnfantino, eyni zamanda, bildirdi ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir. Canni İnfantino futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun uğurlar qazandığını vurğuladı və AFFA-nın fəaliyyətinin bir çox ölkələr üçün nümunə olduğunu qeyd etdi.

 

Sonra Canni İnfantino FIFA-nın xatirə hədiyyələrini dövlətimizin başçısına təqdim etdi.

Xəbər xətti