Vüqar Əsgərovun komandası yüksək liqaya vəsiqə qazana bilmədi

10:49 - 21 Noyabr 2017

Latviya çempionatının yüksək liqasına vəsiqə uğrunda cavab pley-off oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Olayne” səfərdə “Metta/LU” ilə qarşılaşıb. Latviya ikinci liqasında gümüş medalları qazanan futbolçumuzun komandası elitada sonuncu yeri tutmuş rəqibi ilə ikinci oyundan məğlubiyyətlə ayrılıb - 1:3. İlk oyun 1:1 hesabıyla bitdiyi üçün, “Metta/LU” elitadakı yerini qoruyub. Futbolçumuzun komandası isə növbəti mövsümdə də ikinci liqada mübarizə aparacaq.

 

Vüqar da cavab görüşünün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. Komandasının yeganə qolunu da Əsgərov vurub. İlk oyundakı qolun da müəllifi olan futbolçumuz bu dəfə 90-cı dəqiqədə fərqlənib.

Xəbər xətti