71 minlik stadion yerlə yeksan oldu VİDEO

13:48 - 21 Noyabr 2017

ABŞ-ın ən böyük stadionlarından biri olan “Atlanta Georgia Dome” sökülüb.

 

Sportal.az xəbər verir ki, stadionu partlayıcı maddədən istifadə edilməklə söküblər. 71 min azarkeş tutumuna məxsus olan stadionun dağıdılması üçün cəmi 15 saniyə kifayət edib. Bu əməliyyatı həyata keçirmək üçün 2265 kq partlayıcıdan istifadə olunub.

 

Bu arenadan 30 metr kənarda 71 min tutumu olan, 1,6 milyard dollara başa gələn “Mercedes-Benz Stadium” inşa edilib. Partlayış zamanı yeni stadiona zərər dəyməsinin qarşısını almaq üçün onların arasına 5 mərtəbəli bina hündürlüyündə sədd çəkilib.

 

Xəbər xətti