Tahir Gözəl: “Çelsi" ilə matçda "Qarabağ”dan möhtəşəm oyun gözləyirəm”

15:37 - 21 Noyabr 2017

“Mənim üçün “Çelsi” ilə oyun çox vacibdir”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Qol.az saytına açıqlamasında “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib. Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Çelsi”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayan T. Gözəl komandasından gözəl oyun gözlədiyini vurğulayıb:

 

“Çox ağır qrupa düşmüşük. Rəqiblərimiz milyardlıq komandalardır. Heyətində dünyanın məşhur futbolçuları var. “Çelsi”yə ilk oyundakı böyükhesablı məğlubiyyəti kənara qoyaq. Londonda oyunumuz alınmadı. “Qarabağ” topa nəzarəti itirmişdi. Bakıda isə möhtəşəm azarkeş dəstəyi ilə “Roma” və “Atletiko”ya qarşı keçirdiyimiz gözəl oyunları “Çelsi” ilə matçda da görmək istəyirəm. Nəticə nə olursa olsun “Qarabağ”ın möhtəşəm oyun göstərəcəyinə ümid edirəm”.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu sabah saat 21:00-da başlayacaq. Bu komandalar arasında Londonda keçirilən ilk oyunda Ağdam klubu 0:6 hesabı ilə uduzub.

Xəbər xətti