Bakı Olimpiya Stadionundan azarkeşlərə müraciət

Bakı Olimpiya Stadionu (BOS) noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ” və "Çelsi” arasında keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət edib.
 
Sportal.az xəbər verir ki, BOS-un rəsmi "Facebook” səhifəsində stadiona gəliş-gediş sxemi təqdim edilib. Bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır.

Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun "Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq. Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək. 

 

No automatic alt text available.

Tarix: 21 Noyabr [15:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio