Bakı Olimpiya Stadionu "Beşiktaş"ın zəfərini qeyd etdi VİDEO

10:37 - 22 Noyabr 2017

Çempionlar Liqasında 1/8 finala "Portu" ilə heç-heçə (1:1) edərək qrup lideri kimi yüksələn "Beşiktaş"ın uğuruna Azərbaycan biganə qalmayıb.

 

Sportal.az xəbər verir ki, 69 min 870 nəfər azarkeş tutumuna sahib olan Bakı Olimpiya Stadionunun divarlarında dünən saat 19:00-dan 00:00-a qədər İstanbul klubununun ağ-qara rəngləri işıqlandırılıb və "Come to Beşiktaş" yazılıb.

 

"Beşiktaş" tarixində ilk dəfə ÇL-in 1/8 finalına yüksəlib. Bundan əlavə, "qara qartallar" ilk Türkiyə təmsilçisi kimi növbəti mərhələyə qrup lideri olaraq adlayıb.

 

Xəbər xətti