Dieqo Simeone: "Gözümüz Bakıda olacaq"

11:08 - 22 Noyabr 2017

“Roma” qrupumuzda ən güclüdür desək, yanılmarıq. Onlar bu mövsüm çox “artırıblar””.

 

Sportal.az xəbər verir ki, bu sözləri Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone deyir. UEFA Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan ispan təmsilçisinin çalışdırıcısı bu gün “Roma”ya qarşı keçirəcəkləri matçdan danışıb. Təcrübəli  məşqçi italyanların sonuncu turda “Qarabağ”la oynayacaqlarını nəzərə almalı olduqlarını bildirib:

 

“Bu matç çox əhəmiyyətlidir. Bizim mübarizəmiz “Çelsi” ilədir. Çünki “Roma” son turda evdə “Qarabağ”a qarşı oynayacaq. Fikrimcə, onlar üçün daha asan qarşılaşma olacaq. Bizi isə Londonda ağır oyun gözləyir. Bu səbəbdən də italyanlara qalib gəlməkdən başqa çarəmiz yoxdur. Bizi ancaq bu qələbə qurtara bilər”.

 

Argentinalı çalışdırıcı “Roma” ilə oyundan öncə gözlərinin Bakıda olacağını da sözlərinə əlavə edib:

 

“Düzdür, biz yalnız “Roma” haqqında düşünürük. Azərbaycanda nə baş verirsə versin, biz qalib gəlməliyik. Düzdür, gözümüz Bakıda olacaq. Orada bizə sərf edən nəticəni gözləyəcəyik. Amma  “Qarabağ”a ümid bağlamazdan öncə öz qalibiyyətimzi haqqında fikirləşməliyik. Həyatda ən gözəl şeylərdən biri gözləmədiyiniz şeylərin baş verməsidir”.

 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu saat 21:00-da, “Atletiko” – “Roma” matçı saat 23:45-də başlayacaq.

Xəbər xətti