Topaz Premyer Liqası: 9 futbolçu 13-cü turda oynamayacaq

11:40 - 22 Noyabr 2017

Bu həftə Topaz Premyer Liqasında 13-cü turun oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu turda cəza səbəbindən nə az nə çox 9 futbolçu iştirak etməyəcək.

 

Belə ki, “Qəbələ”dən Cavid Hüseynov, “Kəpəz”dən Şəhriyar rəhimov, Dedimar Fereyra, “Neftçi”dən Anton Krivotsyuk, “Qarabağ”dan İbrahim Şehiç, “Səbail”dən Eltun Yaqublu, “Sumqayıt”dan Vüqar Bəybalayev, Bəxtiyar Həsənalızadə və Xəyal Nəcəfov cəza səbəbindən kənardan izləyəcək. 

 

Qeyd edək ki, turun görüşləri şənbə və bazar günləri reallaşacaq. 

Xəbər xətti