Cəzalar açıqlandı: Şehiç üçün 2017-ci il başa çatdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, toplantıda Premyer Liqanın XII turunda baş verən neqativ hallar hüquqi qiymətini alıb.

 

“Qarabağ” – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 30-ci dəqiqəsində “Qarabağ”ın qapıçısı İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, Ağdam klubu isə 2400 manat cərimə olunub. Bu isə o deməkdi ki, bosniyalı qolkiper ölkə çempionatının bu il keçiriləcək son 2 turunda meydana çıxmayacaq.

 

“Kəpəz” – “Səbail” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub. Oyunun 5-ci dəqiqəsində “Kəpəz”in müdafiəçisi Dedimar Ferreyra aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, Gəncə təmsilçisinə isə 2400 manat cərimə kəsilib.

Tarix: 22 Noyabr [13:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio