I DİVİZİON: Cəzalar açıqlandı

13:46 - 22 Noyabr 2017

AFFA-nın Nizam İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan çempionatının 1-ci divizionunda 9-cu turunda keçirilən oyunlara hüquqi qiymət verilib.

 

“Şüvəlan” – “Xəzər” matçında meydan sahiblərinin 4 , qonaqların isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.

 

“Binə” – MOİK matçının 57-ci dəqiqəsində qonaqların futbolçusu Cəmil Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun 81-ci dəqiqəsində “hərbiçilər”in futbolçusu Qərib İbrahimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib. Matçın 81-ci dəqiqəsində “Binə”in futbolçusu Toure Morifere aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.

Xəbər xətti