Antonio Konte: "Qurban Qurbanovu və futbolçularını bu oyun münasibətilə təbrik edirəm" MÜSAHİBƏ

“Çelsi” Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə təmsilçimiz “Qarabağ”ı 4:0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra London klubunun baş məşqçisi Antonio Konte mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
- Qırmızı vərəqə və penaltilər oyunun marağını poazmadımı? “Çelsi”nin “Qarabağ” üzərində qələbəyə hakim köməyinə ehtiyac var idi?
- Açığı, mənim üçün çətindir. Dəqiq görmədim. Fikrimcə, hakim düzgün iş görməli və qərəzsiz olmalıdır.
 
- Mərhələ adlamaqla bağlı düşüncələriniz necədir?
- Bəli, bunu bacardıq. İlk hədəfimiz bu idi. “Atletiko” ilə oyunu həlledici matç etmədik. “Qarabağ” “Atletiko” ilə oyunlarda xal almışdı. Həmçinin, “Roma”ya başağrısı olmuşdu. Bu qələbə məni məmnun etdi.
 
- Vilyanın oyunu sizi razı saldı?
- Daha çox komanda haqda danışmağı xoşlayıram. Bütün futbolçular özlərini müsbət tərəfdən göstərdi. Vilyanın 2 qol vurdu. Bu, onda inam yaratmalıdır. Vilyan belə də davam etməlidir.
 
- Təyyarədə yatacaqsınız, yoxsa “Liverpul”la oyunu düşünəcəksiniz?
- Uçuş zamanı bunu düşünəcəm. Hazırlıqlar üçünb cəmi 1 günümüz qalacaq. Artıq növbəti matçı fikirləşirik.
 
- “Qarabağ” azarkeşlərinin hazırladığı xoreoqrafiyadan nə anladınız?
- Futbolçuların belə atmosferdə oynaması xoşdur. Futbol Azərbaycanda inkişaf edir. Bu, futbolunuz üçün yaxşı haldır. Azarkeşlərə təşəkkür etmək lazımdır.  Öz fanatlarımıza da minnətdaram ki, uzun yol qət edərək bizi dəstəkləməyə gəldilər.
 
- İlk oyunla müqayisədə “Qarabağ”ın oyununda fərqli nə gördünüz? Ağdam təmsilçisi sizi təəccübləndirdimi?
- İlk oyunda “Qarabağ” təşkilatnmış şəkildə idi. Əla məşqçisi və oyunçuları var var. Bu gün “Qarabağ” 10 nəfərlə də yaxşı oynadı. Qurban Qurbanovu və futbolçularını bu oyun münasibətilə təbrik edirəm.
 
- “Atletiko”nu səfərdə məğlub etdikdən sonra Premyer Liqada uduzmuşdunuz. “Qarabağ”la oyundan sonra bunun qarşısını necə alacaqsınız?
- Premyer Liqa çətindir. 6 komanda çempionluq üçün yarışır. Yenə də şikayət etmək istməirəm. 5 saatlıq uçuşumuz var. Bizə çətin olacaq. Mətbuatın köməyi ilə bu məsələni qabartmaq lazımdır.
 
- “Liverpul” kimi komandaya qarşı futbolçularınızı necə hazırlayacaqsınız?
- İlk hissədə “Liverpul” “Sevilya”ya 3 qol vurdu. Futbol bir qədər qəribədir. İkinci hissədə qələbəni əldən verdilər. Çətin olacaq. 
 
- Mətbuat konfransa 20 dəqiqə gec gəldiniz. Bunun xüsusi səbəbi var idi?
- Çempionlar Liqasında mətbuat qarşısında öhdəliyi var. (cavabı Mətbuat xidmətinin rəhbəri verdi)
Tarix: 22 Noyabr [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2017
14  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio