Eden Hazard: "Qarabağ" qol vursaydı, hər şey fərqli olacaqdı"

10:37 - 23 Noyabr 2017

"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə təmsilçimiz "Qarabağ"a 4:0 hesabı ilə qalib gəlib. Bu nəticə London klubunu 1/8 finala yüksəldib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada 1 qol və 1 assist edən Eden Hazard açıqlama verib. Belçikalı yarımmüdafiəçinin sözlərinə görə, "Qarabağ" ilk dəqiqələrdə əldə fürsəti qola çevirsəydi, hər şey fərqli olacaqdı:

 

"Oyunun əvvəllərində rəqibə fərqlənmək imkanı verdik. Bundan sonra yaxşı oynadıq. Əgər həmin epizodda rəqib qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı. Daha çox qol vurmalı idik".

Xəbər xətti