Dino Ndlovu: "Ola bilər ki, biz kiçik klubuq"

11:22 - 23 Noyabr 2017

"İlk 20 dəqiqədə yaxşı oyun alındı, ancaq hakim bizim üçün bütün məsələni həll etdi.  Amma mən heç kimi günahlandıra bilmərəm. Bu futboldur, hər şey ola bilər"

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Dino Ndlovu deyib. Çempionlar Liqası V turunda "Qarabağ" "Çelsi" ilə qarşılaşıb 0:4 hesablı yenilgi yaşayıb.

 

Cənubi afrikalı forvard matç barədə fikirlərini bölüşüb: "Nə edə bilərik? Komanda üçün yaxşı təcrübə oldu. Heç bir səhv cəzasız qalmır. Mən UEFA rəsmisi deyiləm, hakimlik barədə danışmaq istəmirəm, bu, mənim problemim deyil. Ancaq onlar edəcəyini etdilər. Çempionlar Liqası oyunlarında qırmızı vərəqələr alırıq, bunun səbəbini anlamıram. Ola bilər ki, biz kiçik klubuq. Buna görə çox üzülürəm".

 

Ndlovu qarşılaşmanın gedişatında qırmızı vərəqədən sonra baş məşqçi Qurban Qurbanovun bütün futbolçuarı yanına çağırması barədə danışıb: "Qurban Qurbanov bizə sadəcə motivasiya verdi. Xüsusi bir şey demədi. Rəşadla da söhbətim olmadı, mənə heç nə demədi. Bu futboldu, nə edə bilərik?"

Xəbər xətti