Turun rekordu Bakı Olimpiya Stadionunda qeydə alındı

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş “Qarabağ” - “Çelsi” oyununda (0:4) rekord qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilmiş matçı 67100 tamaşaçı izləyib ki, bu da, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş qarşılaşmalar arasında ən yüksək göstəricidi.

 

Bakıdakı oyundan sonra ən çox tamaşaçı Dortmundda qeydə alınıb. “Borussiya”nın “Tottenhem”ə uduzduğu (1:2) matçı 65849 azarkeş izləyib.

 

ÇL-in bu həftəsində ən az azarkeş isə Monakoda qeydə alınıb. “II Lui” stadionunda keçirilmiş “Monako” - “Leyptsiq” matçında (1:4) cəmi (9029) tamaşaçı qeydə alınıb.

 

Qrup mərhələsinin rekordu isə "Tottenhem" - "Real" matçında (3:0) qeydə alınıb. "Uembli"də keçirilən görüşü 83 min 782 azarkeş izləyib.

Tarix: 23 Noyabr [11:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2017
16  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio