FİFA-nın reytinq cədvəli: Mİllimiz 2 pillə gerilədi

13:49 - 23 Noyabr 2017

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisi reytinq siyahısında 2 pillə geriləyib. Yığmamız 9 xal qazanaraq, hesabındakı 272 xalı 281-ə çatdırıb. Ancaq əvəzində millimiz siyahıda 2 pillə geriləyərək 117-ci olub.

 

Siyahıya Almaniya başçılıq edir (1602 xal). Braziliya 2-ci (1483 xal), Portuqaliya isə 3-cü yeri tutur (1358 xal).

Xəbər xətti