"Kəpəz" itkilərlə hazırlaşır

14:00 - 23 Noyabr 2017

Noyabrın 25-də doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq "Kəpəz" bu oyuna itkilərlə hazırlaşır.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin heyətində zədəlilər var. "Səbail"lə matçda dizi burxulan Viktor Oseqeyl məşqlərdə iştirak etmir. Məhəmməd Qurbanovun da ayağında ağrılar var. Oseqeyldən fərqli olaraq, hazırlıq prosesinə qatılan yarımmüdafiəçi köhnə zədəsini yeniləyib.

 

Zədəlilərin fonunda məşqçilər korpusunu sevindirən məqam Ceyhun Cavadovun sağalmasıdı. Soyuqdəymə səbəbindən ötən turu buraxan yarımmüdafiəçi məşqlərdə iştirak edir.

Xəbər xətti