İbrahimoviçdən rekord: Çempionlar Liqasının tarixinə düşdü

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç adını Çempionlar Liqasının tarixinə yazdırıb.

 

Sportal.az xəbər verir ki, qoleador "qırmızı şeytanlar"ın heyətində ÇL-də ilk oyununu "Bazel"lə matçda keçirib. Bununla da İbrahimoviç 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub.

 

Oyuna 74-cü dəqiqədə daxil olan 36 yaşlı forvard bundan əvvəl “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ ilə Çempionlar Liqasında iştirak edib.

 

Matçda isə "Bazel" 1:0 hesabı ilə qalib gəlib.

Tarix: 23 Noyabr [16:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio