Çempionlar Liqasında həftənin ən yaxşı qoluna 5 namizəd

17:58 - 23 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun ən yaxşı qoluna namizədlər açıqlanıb.

 

Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytında açıqlanan siyahıya 5 qol daxil edilib. “Qarabağ”ın rəqibləri “Atletiko” və “Roma”nın oyununda, meydan sahiblərinin hücumçusu Antuan Qrizmannın italiyalıların qapısından keçirdiyi top da 5 ən yaxşı qol sırasındadı.

 

Fransalı hücumçunun qolundan başqa, Lorenso İnsinyenin (“Napoli”) “Şaxtyor”un, Dani Alveşin (PSJ) “Seltik”in, Son Honq-Minin (“Tottenhem”) “Borussiya”nın, Modriçin (“Real”) APOEL-in qapısına vurduğu toplar da ən yaxşı adına iddiaçılardandı.

 

Turun ən yaxşı qolu azarkeşlər arasında səsvermə ilə müəyyənləşir.

Xəbər xətti