Azərbaycan UEFA-nın reytinq cədvəlində gerilədi

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turundan sonra növbəti ölkə reytinqini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, dünən keçirilən matçlardan sonra ölkəmiz 1 pillə geriləyərək, 23-cü yerə enib. Buna səbəb, İsveç təmsilçisi “Ostersund”un “Zarya”nı 2:0 hesabıyla məğlub etməsi olub. Bu qələbə ilə Skandinaviya təmsilçisi Bolqarıstan və Azərbaycanı geridə qoyaraq, 22-ci sıraya yüksəlib.

 

Ölkəmiz isə 19.125 xalla 23-cü sırada qərarlaşıb. Təmsilçilərimiz cari mövsümdə ölkəmizin aktivinə 4.375 reytinq xalı qazandırıblar.

Tarix: 24 Noyabr [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2018
22  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio