"Bursaspor" millimizin üzvü ilə yolları ayırır

13:11 - 24 Noyabr 2017

Millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu Türkiyənin "Bursaspor" klubunun rəhbərliyi hücumçulardan narazıdı.

 

Sportal.az xəbər verir ki, "timsahlar"ın bu mövsüm Super Liqanın 12 turu ərzində vurduğu 22 qoldan yalnız üçünün müəllifi hücumçudur. Bu qolların da hamısını rumıniyalı forvard Boqdan Stanku vurub.

 

Ön xətt oyunçularıın bu performansı rəhbərliyi radikal addımlar atmağa məcbur edib. Belə ki, "ağ-yaşıllar" qış fasiləsi zamanı Dəniz Yılmaz, Sərcan Yıldırım və Sinan Bakışla yolları ayırıb, komandanı yeni hücumçularla gücləndirəcək.

 

Qeyd edək ki, Dəniz Yılmaz cari mövsümdə yalnız Türkiyə kuboku çərçivəsində "Tarsus İdman Yurdu" ilə matçda fərqlənə bilib.

Xəbər xətti