Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

16:00 - 24 Noyabr 2017

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
 
Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Real"ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib. Portuqaliya millisinin üzvü Neymar (PSJ), Robert Levandovski ("Bavariya"), Yannik Karrasko ("Atletiko"), Eden Hazard ("Çelsi"), Timo Verner ("Leyptsiq"), Harri Keyn ("Tottenhem") və Lorenso İnsinyeni ("Napoli") qabaqlayıb.
 
Qeyd edək ki, Ronaldo APOEL-ə 6:0 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol vurub və 1 assit edib.

Xəbər xətti