"Roma"nın zədəliləri geri döndü: "Qarabağ"la oyuna hazır olacaqlar

17:50 - 24 Noyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi olan “Roma”nın zədəli oyunçuları - Patrik Şik və Alessandro Florensi məqşlərə başlayıblar.

 

Sportal.az xəbər verir ki, Şik və Florensi ÇL-in qrup mərhələsinin son turu çərçivəsində “Qarabağ”la ev oyununda meydana çıxa biləcəklər.

 

Xatırladaq ki, “Roma” - “Qarabağ” oyunu dekabrın 5-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər xətti