AFFA-nın layihəsi təsdiq olundu

19:00 - 24 Noyabr 2017

AFFA-nın irəli sürdüyü layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub.

 

Sportal.az xəbər verir ki, “Brave Hearts” (Cəsur ürəklər) adlı layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək.

 

Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.  

Xəbər xətti