Mövsümün ən erkən qolu

16:13 - 25 Noyabr 2017

Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün ən erkən qolu qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, 13-cü turun Gəncədə keçirilən “Kəpəz” - “Qəbələ” matçında qonaqlar 1-ci dəqiqədə hesabı açıb. “Qırmızı-qaralar”ın futbolçusu Baqali Dabo cari mövsüm ilk dəqiqədə fərqlənən yeganə oyunçudu.

 

26-cı saniyədə “Kəpəz”i məyus edən hücumçu Milan Duriç (“Zirə”) və Mirabdulla Abbasovun (“Neftçi”) rekordunu arxada qoyub. Bu futbolçular 3-cü dəqiqədə qol sevinci yaşamışdı. Milan 1-ci turda “Səbail”in, Mirabdulla 10-cu turda “Sumqayıt”ın qapısına erkən qol vurmuşdu.

 

Dabo həm də ardıcıl 3-cü oyunda qol vurmaqla rekord müəllifi olub. 11-ci turda “Səbail”ə 2, ötən tur “Neftçi”yə 1 qol vuran hücumçu cari mövsüm ardıcıl 3 turda fərqlənən ilk oyunçudu.

Xəbər xətti