"Barselona" Messi ilə yeni müqavilə imzaladı

16:28 - 25 Noyabr 2017

İspaniya La Liqasında mübarizə aparan "Barselona"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu Lionel Messi ilə müqavilənin müddəti uzadılıb. Argentinalı hücumçu ilə 2021-ci ilə qədər sözləşmə bağlanıb.

 

Onun sərbəst qalmaq qiyməti 700 milyon avro təyin edilib.

Xəbər xətti