Roman Qriqorçuk: "Komandanı təriflməyə tələsirəm"

17:00 - 25 Noyabr 2017

Topaz Premyer Liqasının XIII trunda "Qəbələ" "Kəpəz"in qonağı olub. Matç "Qəbələ"nin 6:1 hesablı qələbəsi ilə başa çatıb

 

Sportal.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyundan razı qaldım. Nəticə istədiyimiz kimi oldu. Keyfiyyətli oynadıq. Komandanı təriflməyə tələsirəm. Hamımız qələbəyə şadıq.

 

- Birinci dövrədən sonra dəyişiklik "Qəbələ"də çox olub, yoxsa "Kəpəz"də?

- Rəqib haqda heç nə demək istəmirəm. Həmin oyundan onra xeyli vaxt keçib. Bir sıra işlər gördük. Nəticələr qazandıq və düşünürəm ki, hər şey yaxşıdı.

Xəbər xətti