"Liverpul" - "Çelsi" oyununda qalib müəyyənləşmədi VİDEO

00:30 - 26 Noyabr 2017

İngiltərə Premyer Liqasında 13-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Liverpul" evdə "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan "Çelsi"ni sınağa çəkib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Premyer Liqanın turnir cədvəlinə 1 oyun az keçirən 34 xalla "Mançester Siti" başçılıq edir. Şəhərin digər təmsilçisi "Mançester Yunayted" 29 xalla ikincidir. 3-cü pillədədki "Çelsi"nin 26 xalı var. "Liverpul" 23 xalla 5-cidir.

 

“Liverpul” – “Çelsi” - 1:1
Qollar:
Salah, 65 - Villian, 85

 

 

Xəbər xətti