Almaniyada möhtəşəm derbidə 8 qol: "Şalke" geridönüş etdi VİDEO

00:52 - 26 Noyabr 2017

Almaniya Bundesliqasında 13-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Dortmundda baş tutub. Burada "Borussiya" "Şalke"ni sınağa çəkib. Dünyanın ən məşhur derbilərindən hesab edilən Rur derbisində 8 qol vurub. İlk hissəni 4:0 hesabı ilə öndə tamamlayan "Borussiya" fasilədən sonra bu üstünlüyü əldən verib. "Şalke" möhtəşəm geridönüş edərək 4:4 hesablı heç-heçəyə nail olmağı bacarıb.

 

Bundesliqanın turnir cədvəlinə 29 xalla "Bavariya" başçılıq edir. 3 xal geri qalan "Leyptsiq" ikincidir."Şalke" 24 xalla 3-cü, "Borussiya" Münhenqladbax 24 xalla 4-cü, "Borussiya" Dortmund isə 21 xalla 5-ci pillədə məskunlaşıb.

 

“Borussiya” Dortmund – “Şalke” - 4:4
Qollar:
Obameyanq, 12; Stambuli, 18 (avtoqol);Götze, 20; Gerrero, 25 - Burqstaller, 61; Harit, 65; Kaliquri, 86; Naldo, 90+4

Qırmızı vərəqə: Obameyanq, 72

 

 

Xəbər xətti