Rauf Əliyevli "Kukesi" qələbə qazandı

11:08 - 26 Noyabr 2017

Albaniya çempionatında 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” səfərdə “Laçi” ilə qarşılaşıb vəbu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 73-cü dəqiqədə əvəzlənib.

 

“Kukesi” geridə qalan turlarda 22 xal toplayıb və 10 komanda arasında ikinci pillədə qərarlaşıb.

Xəbər xətti