Samir Əliyev: "Bunu normal qarşılamaq lazımdı"

18:49 - 26 Noyabr 2017

“Çox yaxşı komandaya qarşı oynadıq”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib. Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XIII turunda səfərdə “Sumqayıt”la qolsuz heç-heçə edib.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Çətinlik çəkdik. Qələbə qazana və məğlub ola bilərdik. İmkanlarımız olsa da, yararlana bilmədik”.

 

- Hakim idarəçiliyindən razı qaldınız?

- Bu barədə danışmaq istəmirəm. Hakimlərə AFFA-da qiymət veriləcək. Amma oyun epziodu zamanı emosiyalar olur, bunu normal qarşılamaq lazımdı.

 

- Elman Taqayevin oyununda geriləmə var.

- Elman zədəli idi. Fikrimcə, tam hazır deyil, amma məcburiyyətdən şans verdim. Düşünürəm ki, gələcək oyunlara qədər formasını bərpa edəcək.

Xəbər xətti