Ayxan Abbasov: "Buna hazır deyiləm" MÜSAHİBƏ

Topaz Premyer Liqasının 13-cü turunda evdə “Qarabağ”a uduzan (2:3) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suyallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Gərgin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq. Lakin təəssüf ki, oyunun əvvəlində səhv etdik. Qarşılaşmadan da öncə uşaqlara demişdim ki, “Qarabağ” səhvi bağışlamır. Bundan sonra komanda bir qədər ruhdan düşdü. Bunun da nəticəsində rəqib ikinci qolu vurdu. Fasilədən sonra heyətdə dəyişiklik etməklə vəziyyəti nisbətən düzəldə bildik. Oyun yüksək tempdə keçdi. Bəlli idi ki, yan xətt hakimləri bu tempə çatdıra bilmir. Heç vaxt hakimlər barədə danışmamışam. Ancaq verilən iki ofsayd qərarında səhvə yol verdilər. Maraqlıdı ki, səhv etdiklərini də qəbul etmək istəmirlər. Ofsayd qərarları mənim olduğum yerdən verilmişdi. Hələ heç nə itirilməyib. 

 

- Qurban Qurbanov sizin işinizi bəyəndiyini dedi. Gələcəkdə milli komandalardan birində çalışmağı təklif etsə, razılaşarsız?

- Qurban müəllimə təşəkkür edirəm. O, “Qarabağ”da baş məşqçim olub. Məşqçiliyə də onun təşəbbüsü ilə gəlmişəm. Amma bu gün üçün mən “Zirə”nin baş məqşçisiyəm. Əlbəttə, milli komandada işləmək şərəfdi. Ancaq hazırda mən özümü millidə görmürəm, buna hazır da deyiləm. Bütün diqqətimi “Zirə”yə yönəltmişəm.

 

- Yusif Nəbiyevin əvəzlənməsi onun ilk iki qolda səhvi ilə əlaqədar idi?

- Limit futbolumuzun inkişafı üçündü. Ancaq bu, heç də həmişə komandanın xeyrinə olmur. Gördüm ki, Yusif oyunun tempinə uyğunlaşa bilmir. Buna görə, onu əvəzləmək qərarına gəldim. Yusif istedadlı oyunçudu, ancaq bu qarşılaşmada onda alınmadı.

 

- Komandada sanki psixoloji vəziyyət qaydasında deyildi, futbolçularda gərginlik hiss olunurdu. 

- Gərginlik əlbəttə olacaq. “Qarabağ”a qarşı çıxış edirdik. Təzyiq var idi. Çalışmışdıq ki, bu gərginliyi futbolçulardan götürək. Çox istəyirdik ki, “Qarabağ”ı məğlub edək. Həmişə sual verirdiz ki, “Qarabağ”a niyə qol vura bilmirik. Bu gün onlara iki qol vurduq, inşallah, tezliklə məğlub da edəcəyik.

Tarix: 26 Noyabr [20:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2018
22  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio