Paşayevli "Aleksandriya"dan darmadağın

00:20 - 27 Noyabr 2017

Ukrayna çempionatında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda “Karpatı” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Paşayev qarşılaşmanın 71-ci dəqiqəsində meydana buraxılıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 18 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti