Turalın oynamadığı matçda komandası qalib gəldi

11:06 - 27 Noyabr 2017

Futbol üzrə Makedoniya çempionatında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Skopye” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Tural bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, “Pobeda” geridə qalan turlarda 18 xal qazanıb və 10 komanda arasında 7-ci pillədə qərarlaşıb

Xəbər xətti