"Mançester Siti" Premyer Liqanın tarixinə düşdü

11:59 - 27 Noyabr 2017

“Mançester Siti” yeni rekord qırıb.

 

Sportal.az xəbər verir ki, “şəhərlilər” ilk 13 turdan sonra 37 toplayan ilk komanda kimi Premyer Liqanın tarixinə düşüb.

 

İngiltərə Çempionatl Premyer Liqa adlanandan (1992) indiyə kimi heç bir komanda belə göstəriciyə imza atmamışdı. Xose Qvardiolanın yetirmələri bu uğura 13-cü turda səfərdə “Haddesfild Taun”la oyunda (1:2) nail olublar.

 

Qeyd edək ki, “Mançester Siti” hazırda ən yaxın izləyicisi olan həmşəhərlililəri “Mançester Yunayted”i 8 xal qabaqlayır. 

Xəbər xətti