Topaz Premyer Liqasının 13-cü turunda neçə azarkeş qeydə alındı?

14:56 - 27 Noyabr 2017

Topaz Premyer Liqasının 13-cü turunu stadiondan izləmiş azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi görüşü olan “Zirə” - “Qarabağ” matçını (2:3) 1200 tamaşaçı izləyib. Ancaq Zirə İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşma bu turda heç də ən çox izlənən oyun olmayıb.

 

Turun rekordu isə həmişə olduğu kimi Gəncədə qeydə alınıb. 8500 azarkeş şəhər stadionunda “Kəpəz”in “Qəbələ”yə tarixi ərzində ən acı ev məğlubiyyətinin (1:6) canlı şahidi olub.

 

“Neftçi” - “Keşlə” matçı da fərqlənib. Lakin 8-ci km stadionunda keçirilmiş və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnmiş qarşılaşmanı cəmi 600 tamaşaçı izləyib ki, bu da, 13-cü turda ən aşağı göstəricidi.

 

Sumqayıtda eyniadlı komanda ilə “Səbail”in qarşılaşmasını (0:0) isə 1326 azarkeş tribunalardan izləyib.

 

Ümumilikdə, turun 4 oyununu 11626 azarkeş izləyib ki, bu da, orta hesabla hər oyuna 2907 tamaşaçı deməkdi.

Xəbər xətti