Elnur Cəfərov əvəzedicilərə də lazım deyil

17:38 - 27 Noyabr 2017

"Neftçi" əvəzedicilərin yarışında 13-cü turda "Keşlə"ni qəbul edib və 0-0 hesablı heç-heçəyə razılaşıb.

 

Sportal.az xəbər verir ki, "facebook" sosial şəbəkəsində azarkeşi təhqir edib söhbətə çağırdığı Elnur Cəfərov "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov tərəfindən davranışına görə cəzalandırılmışdı. Əvəzedici heyətə göndərilən Elnur Cəfərov bu komandanın baş məşqçisi Elşad Əhmədova da lazım olmayıb. Cəfərov "Keşlə" ilə matçın iştirak ərizəsinə salınmayıb.

 

Əhmədov gənc oyunçunu “Keşlə” ilə təxirə salınmış oyunda və ötən gün bu komanda ilə 13-cü tur çərçivəsində baş tutan matçın ilk iyirmiüçlüyünə daxil etməyib.

Xəbər xətti