"Zirə" Təmkin Xəlilzadənin xidmətindən məhrum oldu

18:46 - 27 Noyabr 2017

“Zirə” klubu aparıcı futbolçusunun xidmətindən məhrum olub.

 

Sportal.az xəbər verir ki, Topaz Premyer Liqasının dünən keçirilən XIII turunun “Qarabağ”la oyununda (2:3) sarı vərəqə alan Təmkin Xəlilzadə sarı vərəqə limitini doldurdu. Bu səbəbdən futbolçu Topaz Premyer Liqasının 14-cü turunun “Səbail”ə qarşı keçiriləcək oyununu kənardan izləyəcək.

Xəbər xətti