"Roma"nın hücumçusu zədələndi: "Qarabağ"a qarşı oynayacaq?

11:30 - 28 Noyabr 2017

Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Roma” itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, “canavarlar”ın hücumçusu Qreqori Defrel sıradan çıxıb.

 

O, A Seriyası çərçivəsində “Cenoa” ilə görüşdə zədələnib. 26 yaşlı oyunçununun hansı müddətə sıradan çıxdığı dəqiq bilinmir. Defrelin dərhal müalicəsinə başlanılıb. Onun təmsilçimizlə görüşə qədər hazır olub-olmayacağı bilinmir. 

 

Qeyd edək ki, “Roma” – “Qarabağ” matçı dekabrın 5-də Bakı vaxtı ilə 23:45-də Romanın “Olimpiko” stadionunda start götürəcək.

Xəbər xətti