Nizami Hacıyev "Neftçi"yə görə Avstriya klubundan imtina etdi

00:07 - 29 Noyabr 2017

Nizami Hacıyev "Neftçi"dən başqa, Avstriya aşağı liqasında yarışan Vyana "Qarabağ"ından da təklif alıb.
 
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu haqda "Futbol+" qəzetinə müsahibəsində deyib.
 
O, bildirib ki, buna baxmayaraq, Avstriya variantını yox, "Neftçi"ni seçib: "Vyana “Qarabağ”ından təklif almışdım. Yayda mənə demişdilər ki, gəl, bizdə oyna. Danışıqlar da apardıq. Lakin həmin vaxt komanda Avropa Liqasında oynayırdı. Bu üzdən klubu tərk etmədim. Nəticədə danışıqlar dekabra qaldı. Onlarla da əlaqədəyik. Lakin hər şeydə tam razılığa gəlsək, "Neftçi"ni seçəcəm".

Xəbər xətti