“Kəpəz”in legionerinin zədəsi ciddidir

01:16 - 29 Noyabr 2017

“Kəpəz”in zədəli futbolçusu Viktor Oseqeylin vəziyyətinə aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, MRT müayinəsindən keçən hücumçunun ön çarpaz bağında cismi qopma aşkarlanıb.

 

Oseqeyl qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək. Onun müalicəsi təxminən ayyarım vaxt tələb edir.

 

Qeyd edək ki, Viktor Oseqeyl Topaz Premyer Liqasının XII turu çərçivəsində “Səbail” ilə görüşdə zədələnərək əvəzlənmişdi.

Xəbər xətti