"Qəbələ" "Astra"nın futbolçusuna göz dikdi

11:48 - 29 Noyabr 2017

"Qəbələ"nin qışda heyətinə qatmaq istədiyi futbolçulardan birinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Rumıniyanın "Astra" klubunun futbolçusu Aleksandru Dandya "qırmızı-qaralar"ın transfer hədəfindədir. Bu barədə məlumatı "fanatiko" nəşri yayıb. Məlumatda bildirilir ki, "Qəbələ"nin nümayəndələri 29 yaşlı müdafiəçinin Rumıniya çempionatının 16-cı turunda "Styaua"ya qarşı 90 dəqiqə oynadığı görüşü stadiondan izləyiblər. "Qəbələ"nin rumıniyalı oyunçu üçün 15 min dollar maaş və əlavə bonuslar ödəməyə hazır olduğu xəbərdə qeyd olunub.

 

Dandya 2015-ci ildən "Astra"da çıxış edir.

 

Qeyd edək ki, "Qəbələ"də Kristian Pulxak, Adrian Ropotan və George Floresku kimi rumıniyalı futbolçular çıxış edib.

Xəbər xətti