Ramin Musayev: "Neftçi" - "İnter" oyunu ilə bağlı heç bir araşdırma aparılmayacaq"

"Futbolçuların həbs olunması barədə heç nə eşitməmişəm”.
 
Sportal.az xəbər verir ki, bu sözləri apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. Premyer Liqanın XIII turu çərçivəsində baş tutan "Neftçi” - "Keşlə” (3:1) oyununda qonaqların 2 futbolçusu Nizami Hacıyev və Mirhüseyn Seyidov bilərəkdən zəif çıxış etməkdə ittiham olunurlar. "Keşlə”dən uzaqlaşdırılan həmin futbolçuların oyunu satdıqları üçün dünən axşam saatlarında müvafiq orqanlar tərəfindən saxlanıldığı və hazırda dəmir barmaqlıqlar arxasında olduqları iddia edilir.
 
Məsələ ilə bağlı fikirlərini bildirən Ramin Musayev bundan xəbərsiz olduğunu söyləyib. PFL rəhbəri "Neftçi” – "Keşlə” qarşılaşması ilə bağlı araşdırma aparmağa ehtiyac duymadıqlarını əlavə edib:
 

"AFFA və PFL bu oyunla bağlı heç bir araşdırma aparmayacaq. Çünki orda şübhəli bir məqama rast gəlməmişik”.

Tarix: 30 Noyabr [13:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Aprel 2018
21  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio