"Arsenal"da ciddi itki: "Mançester Yunayted"ə qarşı oynamayacaq

15:54 - 30 Noyabr 2017

"Arsenal"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Aleksandr Lakazet sıradan çıxıb. Fransız forvard İngiltərə Premyer Liqasının 14-cü turunun dünən baş tutmuş “Haddersfild”lə görüşündə (5:0) qasıq nahiyəsindən zədə alıb.

 

26 yaşlı futbolçu “Arsenal”ın Premyer Liqada şənbə günü baş tutacaq “Mançester Yunayted”lə səfər oyununda forma geyinə bilməyəcək.

Xəbər xətti